DÜNYA


ABŞ Prezidentinin qızı plagiat işi üzrə məhkəməyə çağırılıb

Bakı, 24 iyun, AZƏRTAC

ABŞ Prezidentinin qızı və köməkçisi İvanka Tramp ayaqqabı dizaynında plagiata görə ifadə vermək üçün məhkəməyə gəlməlidir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Aquazzura” brendi İvankanı öz ayaqqabı istehsalı xəttini hazırlayan zaman onların dizaynını təkrarlamaqda günahlandırır. Bununla yanaşı, markanın məhsulları 780 dollara olduğu halda, Trampın qızının ayaqqabıları xeyli ucuz - təxminən 150 dollara satılır.

İvanka məhkəmədə oktyabr ayınadək ifadə verməlidir. Məhkəmə onun ifadəsinin işin baxıldığı Nyu-York məhkəməsində deyil, Vaşinqtonda alınmasına icazə verib.

Xatırladaq ki, İvanka və onun həyat yoldaşı Cared Kuşner Prezident Donald Trampın köməkçiləri vəzifələrini tutur və vəzifə maaşı almırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.