DÜNYA
ABŞ Qatar Airways aviareyslərində elektron qurğular aparılmasına qadağanı götürüb
Bakı, 6 iyul, AZƏRTAC
Qatar Airways kompaniyası bu ölkədən ABŞ-a uçan təyyarələrin salonunda fərdi elektronik qurğular aparılmasına qoyulan qadağanın götürdüyünü bəyan edib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bəyanatda indi Dohadan ABŞ-a uçan bütün təyyarələrin göyərtəsində elektron cihazlar aparılmasına icazə verildiyi deyilir. Bu, Qətərin Hamad beynəlxalq aeroportunun Birləşmiş Ştatların təhlükəsizliklə bağlı bütün yeni tələblərini yerinə yetirməsi ilə izah olunur.
Bir qədər əvvəl Türkiyə Hava Yolları, habelə Etihad və Emirates aviaşirkətləri də bu qadağanın ləğv olunduğunu bildiriblər.
Rəsmi Vaşinqton mobil telefonların ölçüsündən böyük olan elektron qurğuların ABŞ-a yollanan təyyarələrin salonunda daşınmasına qadağanı martın sonlarında qoymuşdu. Bu qadağa Yaxın Şərq və Şimali Afrikanın səkkiz ölkəsinə tətbiq olunurdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]