SİYASƏT
ABŞ SƏFİRİ ROSS UİLSON AZƏRBAYCANDA REFERENDUMUN BAŞ TUTDUĞUNU TƏSDİQ ETDİ
ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilson ANS teleşirkətinə müsahibəsində bildirib ki, biz Azərbaycanda 24 avqust referendumunun baş tutduğunu bəyan etmişik. Dövlət Departamenti də Azərbaycanda keçirilən referenduma münasibətini açıqlayarkən bunu təsdiq etmişdir. Eyni zamanda, biz onu da bildirmişik ki, referendumda bir sıra qanun pozuntularına yol verilib və istəyirik ki, gələcəkdə belə hallar aradan qaldırılsın.
ABŞ səfiri onu da xüsusi vurğulayıb ki, onun ölkəsi bundan sonra da seçki praktikasının təkmilləşdirilməsi və demokratik proseslərin dərinləşdirilməsi istiqamətində Azərbaycanla əməkdaşlığı davam etdirəcəkdir.