DÜNYA


ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə dair qanun layihəsini qəbul edib

Bakı, 28 iyul, AZƏRTAC

ABŞ Senatı Rusiyaya, İrana və Şimali Koreyaya qarşı sanksiyaların gücləndirilməsinə dair qanun layihəsini qəbul edib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, qanun layihəsinin lehinə 98 senator səs verib.

İki gün əvvəl qanun layihəsi ABŞ Nümayəndələr Palatasında səsə qoyularkən 419 nəfər lehinə, 3 nəfər isə əleyhinə səs vermişdi.

Həm Senatda, həm də Nümayəndələr Palatasında səsvermənin nəticələri göstərir ki, sanksiyalar respublikaçılarla yanaşı, demokratlar tərəfindən də dəstəklənir və konqresmenlər Prezident tərəfindən qoyula biləcək vetonun da qüvvədən düşməsinə nail ola biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.