DÜNYA


ABŞ Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq müdafiə müqavilələri imzalayıb

Bakı, 20 may, AZƏRTAC

Ağ evin məlumatına əsasən, Prezident Donald Trampın və dövlət katibi Reks Tillersonun iştirakı ilə Ər-Riyadda keçirilən mərasimin gedişində ABŞ Səudiyyə Ərəbistanı ilə silah satışı və hərbi xidmətlər üzrə 110 milyard dollarlıq müqavilələr imzalayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu müqavilələr hər iki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığını xeyli genişləndirəcək.

ABŞ administrasiyası əməkdaşının sözlərinə görə, imzalanan müqavilələr Səudiyyə Ərəbistanının və Fars körfəzi regionunun uzunmüddətli təhlükəsizliyinə dəstək verəcək. Bundan başqa, müqavilələr ABŞ-da 10 minlərlə iş yerinin yaradılmasına da kömək edəcək.

Ağ evin nümayəndəsi Sara Sanders isə jurnalistlərə bildirib ki, yaxın onillikdə Səudiyyə Ərəbistanına Amerika silahı satışının həcmi 350 milyard dollara çata bilər.

Səudiyyə Ərəbistanı hərbi xərclərə görə dünya ölkələri arasında ABŞ və Çindən sonra üçüncü yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.