DÜNYA


ABŞ Ukraynaya letal müdafiə silahları verməyə hazırlaşır

Kiyev, 21 iyun, AZƏRTAC

Pentaqon gələcəkdə ABŞ-ın Ukraynaya letal (öldürücü) müdafiə silahlarını verəcəyini istisna etmir. Bunu Pentaqonun nümayəndəsi Cef Devis deyib. O bildirib ki, letal müdafiə silahlarının Ukraynaya verilməsi mövcud vəziyyətdən asılı olacaq və bu barədə müzakirələr aparılır.

Qeyd edək ki, ABŞ 2017-ci ilin büdcəsində Ukraynanın hərbi və siyasi təhlükəsizlik sahəsinə 238 milyon dollar ayırıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.