DÜNYA


ABŞ Venesuelaya qarşı sanksiya siyahısını genişləndirib

Bakı, 9 avqust, AZƏRTAC

ABŞ-ın Maliyyə Nazirliyi Venesuela üzrə sanksiya siyahısını genişləndirib.

AZƏRTAC xəbər verir ki, siyahıya daha 40 təşkilat və 30 nəfərin adı əlavə olunub. Bu barədə Maliyyə Nazirliyinin saytında rəsmi məlumat yerləşdirilib.

Sanksiyaya Konstitusiya Assambleyasının üzvləri və ölkənin sabiq prezidenti Uqo Çavesin qardaşı Adan Çaves də daxil edilib. Eyni zamanda, qadağalar ölkənin parlament binasının mühafizəsinə cavabdeh olan Milli Qvardiyanın bölük komandirinə də şamil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.