DÜNYA


ABŞ: Viskonsin ştatında səslər yenidən sayılacaq

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

ABŞ-da prezident seçkilərindən sonra Viskonsin ştatında səslər yenidən sayılacaq. Seçici səslərinin yenidən hesablanması prosesi bu gün başlanacaq.

AZƏRTAC xəbər verir ki, Associated Press agentliyinin yaydığı məlumata görə, belə bir hesablama son 16 ildə ilk dəfədir aparılır. Bundan əvvəl müvafiq prosedura 2000-ci ildə, oğul Corc Buş və Albert Qor prezidentliyə namizədlər olarkən əl atılmışdı.

Ştatın seçki komissiyasının rəhbərliyi 3 milyonadək səsin yenidən hesablanması prosesinin təşkili üçün yeni işçilər cəlb edib və iş gününü uzadıb. “Yaşılların” namizədi Cill Staynın tələb etdiyi kimi, ştatın əksər şəhərlərində səslər əl ilə sayılacaq. Agentlik xatırladır ki, seçilmiş prezident Donald Tramp Viskonsin ştatında Demokratik Partiyadan olan rəqibi Hillari Klintonu 22 min səslə üstələyib.

Bir qədər əvvəl məlumat verilmişdi ki, Cill Stayn üç ştatda – Miçiqan, Pensilvaniya Viskonsin ştatlarında səslərin yenidən sayılması barədə petisiya vermək niyyətindədir. Bu üç ştatın ikisində - Pensilvaniya və Viskonsində seçilmiş prezident Donald Tramp əsas rəqibi Hillari Klintona minimal üstünlüklə qalib gələrək ümumilikdə 30 seçicinin səsini alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.