DÜNYA


ABŞ-Yaponiya ittifaqının möhkəmlənməsinin tərəfdarı olan Hillari Klinton TPP-nin əleyhinədir

A+ A

Tokio, 20 sentyabr, AZƏRTAC.

Yaponiya kütləvi-informasiya vasitələrinin yaydığı məlumata əsasən, Demokratik Partiyadan ABŞ prezidenti vəzifəsinə namizəd Hillari Klinton sentyabrın 19-da Nyu-Yorkda Baş nazir Şinzo Abe ilə görüşüb.

Görüşdə ABŞ-Yaponiya ittifaqının möhkəmləndirilməsinin tərəfdarı olan H.Klinton azad ticarət barədə regionun 12 dövlətinin iştirakı ilə yaradılması nəzərdə tutulan Trans-Sakit okean Tərəfdaşlığı (TPP) paktının ratifikasiyasının əleyhinə olduğunu bildirib.

NHK televiziya kanalının verdiyi məlumat görə, söhbət zamanı yapon hökuməti Sakit okean regionunda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məqsədilə TPP barədə razılaşmanın tezliklə fəaliyyətə başlamasının zəruriliyini bildirib. Lakin H.Klinton bunun cavabında cari ilin fevralında imzalanan sənədin konqres tərəfindən ratifikasiyasının əleyhinə olduğunu deyib. O, qeyd edib ki, TPP-də nəzərdə tutulan tədbirlər ABŞ-da məşğulluq məsələsinə zərbə vura bilər.

Görüşdə, eyni zamanda Vaşinqton və Tokionun hərbi-siyasi ittifaqının gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Prezident Barak Obama səlahiyyət müddəti başa çatanadək ABŞ, Yaponiya, Avstraliya, Vyetnam, Kanada, Meksika kimi ölkələr arasında ticarətin, kapitalın və texnologiyaların geniş dövriyyəsinə məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutan TPP razılaşmasının konqresdə ratifikasiyasına çalışır. Həmin region dünya ÜDM-nin 40 faizini, ticarətin isə 25 faizini əhatə edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.