DÜNYA
ABŞ-a məxsus qırıcı təyyarə Okinava yaxınlığında qəzaya uğrayıb
Tokio, 22 sentyabr, AZƏRTAC
Kyodo agentliyinin yaydığı məlumata əsasən, ABŞ hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarə qəzaya uğrayıb. Okinava yaxınlığında qəzaya uğrayan təyyarənin pilotu xilas edilib.
Məlumata görə, qəza Okinava adasının şimalında yerləşən Hedo burnundan təqribən 130 kilometr şərqdə baş verib. Qəzanın səbəbləri məlum deyil. Həmin təyyarənin ABŞ hərbi hava qüvvələrinin Kadena bazasına aid olduğu bildirilir.
Xatırladaq ki, Yaponiyadakı ABŞ hərbi qüvvələrinin 75 faizi Okinava ərazisində yerləşir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]