DÜNYA


ABŞ-da 91 yaşlı qadın gözəllik kraliçası seçilib

Bakı, 26 iyul, AZƏRTAC 

ABŞ-ın 91 yaşlı sakini Kristina Farley gözəllik kraliçası seçilib.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, Kristina Farley yaşlıların qatıldığı “Ms Connecticut Senior America” adlı müsabiqədə iştirak edib və qalib gəlib.

K.Farley bildirib ki, insanlar 60 yaşından sonra həyatın bitdiyini düşünür, amma bu, doğru deyil. O qeyd edib ki, belə müsabiqələrin ən yaxşı cəhəti insanlara müsbət təsir göstərməsidir. Bu cür yarışlar həyatı sevmək üçün onlara bir daha fürsət verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.