MƏDƏNİYYƏT


ABŞ-da Cəlil Məmmədquluzadə haqqında xatirələr kitabı çap olunub

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

ABŞ-ın “Vaşinqton DC” nəşriyyatında Azərbaycanın görkəmli yazıçı və dramaturqu Cəlil Məmmədquluzadə haqqında xatirələr kitabı çap olunub.

AZƏRTAC xəbər verir ki, əsəri ingilis dilinə azərbaycanlı tədqiqatçı Həsən Cavadi və amerikalı alim Vilem Floor tərcümə edib. Dramaturqun həyat yoldaşı Həmidə xanım Cavanşirin xatirələri əsasında yazılan kitab belə adlanır: “1907-1931-ci illərdə Qafqazda və İranda nəşr olunan satirik “Molla Nəsrəddin” jurnalının redaktorunun həyat və yaradıcılığı haqqında müsəlman qadının xatirələri. Həmidə xanım Cavanşir”.

Cəlil Məmmədquluzadənin həyatını əks etdirən fotolar və “Molla Nəsrəddin” jurnalının illüstrasiyaları ilə zəngin olan kitabın sonunda əsərin müəllifi Həmidə xanımın həyat və yaradıcılığı barədə məlumat verilib. Həsən Cavadi kitabın bir nüsxəsini hədiyyə olaraq AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna göndərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.