DÜNYA


ABŞ-da “Emmi” mükafatına namizədlər elan edilib

Bakı, 14 iyul, AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatında Los-Anceles Televiziya Elmləri və Sənəti Akademiyasında “Qərb dünyası” (Westworld) fantastik serialının və “Şənbə axşamı canlı efirdə” (Saturday Night Live) proqramının ölkənin nüfuzlu “Emmi” televiziya mükafatına namizədliyi irəli sürülüb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Qərb dünyası” filmində baş rolların ifaçıları Entoni Hopkins və Evan Reyçel ən yaxşı aktyor və aktrisa adı uğrunda mübarizə aparacaqlar. İstər film, istərsə də televiziya proqramının namizədliyi 22 kateqoriyada irəli sürülüb.

“Şənbə axşamı canlı efirdə” proqramının reytinqi son vaxtlar efirdə ABŞ Prezidenti Donald Trampı parodiya etməsi ilə yüksəlib. Dövlət başçısının rolunu oynayan amerikalı aktyor Alek Bolduin ən yaxşı ikinci plan komediya aktyoru kateqoriyasında iddialıdır. Bu veriliş ABŞ-da ən yaxşı axşam şouları sırasına daxildir.

Qeyd edək ki, 1949-cu ildə televiziya üçün təsis edilən “Emmi” mükafatı kinematoqrafiya sahəsində təqdim olunan “Oskar” mükafatı qədər əhəmiyyətli sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.