SİYASƏT
ABŞ-da III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqla bağlı bir sıra görüşlər keçirilib
Diasporla Эю ьzrə Dцvlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili ilə görüşdə Foruma hazırlıq məsələləri, tədbirdə müzakirə ediləcək qlobal problemlər, həmçinin təşkilatın fəaliyyəti, həyata keçirilən layihələrə dair ətraflı fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Helsinki Aktının 40 illiyi ərəfəsində keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumunun əhəmiyyəti vurğulanıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvü, Finlandiyanın sabiq Prezidenti Tarya Halonenlə görüşdə də Foruma hazırlıq əsas müzakirə mövzusu olub.
Qeyd edək ki, Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunur. Forumda nüfuzlu siyasi xadimlər, elm adamları, ekspertlər dünyanı narahat edən qlobal məsələləri müzakirə edirlər.