İDMAN


ABŞ-da Mançester derbisini “qırmızı şeytanlar” qazanıblar

Bakı, 21 iyul, AZƏRTAC

Futbol üzrə Beynəlxalq Çempionlar Kuboku turnirində növbəti oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Hyuston şəhərində Mançester derbisi baş tutub.

Altmış yeddi mindən çox azarkeşin izlədiyi matçda əzəli rəqiblər - “Mançester Yunayted” və “Mançester Siti” qarşılaşıblar.

“NRG Stadum”da keçirilən görüşdə “Mançester Yunayted” üç dəqiqə ərzində vurduğu 2 qol sayəsində qələbə qazanıb. “Qırmızı şeytanların” futbolçusu Lukaku 37-ci dəqiqədə hesabı açıb. Bu qoldan iki dəqiqə sonra Reşford hesab arasındakı fərqi iki topa çatdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.