DÜNYA


ABŞ-da Trampın qələbəsinə etirazlar başlanıb

A+ A

Vaşinqton, 10 noyabr, AZƏRTAC

Birləşmiş Ştatların bir sıra şəhərlərində etiraz aksiyaları geniş miqyas alıb. Nyu-York, Çikaqo, Boston, Sietl və Vaşinqtonun mərkəzi rayonlarında minlərlə insan etirazını bildirir. Kaliforniya, Massaçusets və Pensilvaniya universitetlərinin kampuslarında minlərlə tələbə etiraz edir. Nyu-Yorkda tələbələr noyabrın 8-də ABŞ-da keçirilmiş prezident seçkilərində Donald Trampın qələbəsinə etirazlarını bildirmək üçün onun seçki kampaniyasının qərargahı yerləşən Tramp Tauer binasının qarşısında toplaşıblar. Fəallar Trampı qadınlara, Afrika mənşəli amerikalılara, müsəlmanlara mənfi münasibət bəsləməkdə və irqçilikdə təqsirləndirirlər. Tramp öz seçki kampaniyası dövründə bəyan etmişdi ki, o, müsəlmanların ABŞ-a gəlməsini qadağan etmək niyyətindədir.

Xatırladaq ki, prezident seçkilərində Donald Trampın qalib gəlməsi noyabrın 9-da səhər məlum olub. Seçkiçilərdən 279 nəfəri Trampa, 228 nəfəri isə Hillari Klintona səs verib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.