DÜNYA


ABŞ-da barmaq izinin köməyi ilə alış-verişin ödəniş sistemi istifadəyə veriləcək

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

ABŞ-da istifadəsi gələn ilin əvvəlinə planlaşdırılan sistemin köməyi ilə istifadəçilər barmaq izi vasitəsilə alış-veriş və xidmətlərin haqqını ödəmək imkanı əldə edəcəklər. Kanadanın “BMO Financial Group” bankı “MasterCard” şirkətinin yeni texnologiyasından istifadəyə dair razılıq verib.

AZƏRTAC “newsland.com” saytına istinadən xəbər verir ki, ekspertlərin fikrincə, belə audentifikasiya zamanı təhlükəsizlik səviyyəsi loqin və parolun daxil edilməsini tələb edən sistemlərdən dəfələrlə yüksək olacaq. Maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün istifadəçilərə xüsusi terminallardan istifadə etmək təklif ediləcək, ilk öncə isə bankın hər hansı şöbəsində barmaq izini təqdim etmək lazımdır.

Həmçinin xüsusi tətbiq və barmaq izinin keyfiyyətli şəklinin köməyi ilə audentifikasiya mümkün olacaq.

“Identity Check Mobile” adlı sistem artıq Avropanın bir sıra ölkələrində əlçatandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.