DÜNYA


ABŞ-da bayram kollapsı: milyonlarla amerikalı tıxacda qalıb

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Los-Ancelesin çıxışında on kilometrlərlə uzanan avtomobil tıxacı yaranıb. Yerli sakinlər bayram ərəfəsində ənənəvi olaraq doğmalarına qonaq gedirlər.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, ABŞ-da Şükranlıq bayramı adətən böyük tıxaclarla müşayiət olunur. Lakin ekspertlərin fikrincə, bu il rekord yenilənəcək: bayram səyahətinə 49 milyon insanın yollanacağı gözlənilir. Bu, artıq özünü təkcə tıxacların uzunluğunda deyil, həm də davamlığında göstərir. Tıxaclar səhərədək aradan qalxmır.

Xatırladaq ki, amerikalılar Şükranlıq gününü hər il noyabrın axırıncı cümə axşamı qeyd edirlər. Hazırda bayram dini xarakterini itirib və daha çox bütün ailənin bayram süfrəsi ətrafında bir yerə yığışması üçün səbəb hesab olunur. Həmin gün insanlar kasıblara yardım edir, ölkədə çoxsaylı xeyriyyə aksiyaları keçirilir.

Digər bir ənənə isə hind toyuğunun əfv edilməsi mərasimidir. Bayram ərəfəsində Barak Obama prezident postunda özünün sonuncu hind toyuğunu kəsilməkdən xilas edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.