DÜNYA


ABŞ-da cinayətkarlığa qarşı mübarizə üzrə yeni proqrama start verilib

Vaşinqton, 21 iyun, AZƏRTAC

ABŞ Ədliyyə Nazirliyi ölkədə artmaqda olan zorakılıq cinayətlərinə qarşı mübarizədə tərəfdaşlıq üzrə 12 illik proqrama start verib. ABŞ şəhərlərində artan cinayətkarlığa qarşı mübarizə üçün yeni proqram tətbiq edilməsi Prezident Donald Trampın 2016-cı ildə seçkiqabağı kampaniya dövründə verdiyi vədlərdən biri idi.

ABŞ ədliyyə naziri Ceff Seşns “İctimai təhlükəsizliyin təmin edilməsi üzrə milli tərəfdaşlıq” proqramının başlanmasını elan edib. Proqrama əsasən, cinayətkarlığa qarşı mübarizə üçün federal, dövlət və yerli hüquq-mühafizə orqanlarının və prokurorların səylərinin əlaqələndirilməsinə yönəlmiş 3 illik təşəbbüs nəzərdə tutulur.

Nazir odlu silahdan istifadə edilməklə cinayətkarlığa, narkotiklərin qeyri-qanuni dövriyyəsinə və qrup halında zorakılıq (banditizm) cinayətlərinə qarşı mübarizə təşəbbüsünün maliyyələşdirilməsi üçün heç bir yeni mənbə göstərməyib. Federal hökumət kadr hazırlığı, cinayət yuvalarının aşkar edilməsi, odlu silah tətbiq etməklə zorakılığa qarşı mübarizə və digər sahələrdə yardım göstərəcək.

Proqramın tətbiqi üçün 10 şəhər seçilib: Birmingem (Alabama ştatı), İndianapolis (İndiana ştatı), Memfis (Tennessi ştatı), Toledo (Ohayo ştatı), Baton-Ruj (Luiziana ştatı), Buffalo (Nyu-York), Sinsinnati (Ohayo ştatı), Hyuston (Texas ştatı), Cekson (Tennessi ştatı), Kanzas-Siti (Missuri ştatı), Lansinq (Miçiqan ştatı), Sprinqfild (İllinoys ştatı).

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.