DÜNYA


ABŞ-da dəyəri 500 milyard dollar olan 17 ton kokain tutulub

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

ABŞ Sahil Mühafizə Xidməti bu il ən böyük narkotik partiyalarından birini ələ keçirib. Dəyəri 500 milyard dollardan çox olan təxminən 17 ton kokain müsadirə edilib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, əməliyyat Şimali və Cənubi Amerika sahilləri yaxınlığında yerləşən San-Dieqoda (Kaliforniya ştatı) həyata keçirilib.

Adətən kokain qaçaqmalçılığı Kolumbiyadan Meksika və ya Qvatemalaya yayılır. Yalnız bundan sonra Birləşmiş Ştatların qərb sahillərinə daxil olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.