DÜNYA


ABŞ-da federal məhkəmə Trampın fərmanını müvəqqəti təxirə salıb

Bakı, 29 yanvar, AZƏRTAC

Nyu-York federal məhkəməsi 7 müsəlman ölkənin vətəndaşlarının ABŞ-a girişini qadağan edən Prezident fərmanının icrasını müvəqqəti təxirə salıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, məhkəmə aeroportlarda saxlanılan şəxslərin öz ölkələrinə göndərilməməsinə qərar verib.

Federal məhkəmənin hakimi Ann Donnelly fərmanın icrasının qarşısı alına bilməyəcək zərərə səbəb olacağını əsas gətirərək, birləşmiş ştatlara girişlərinə məhdudiyyət qoyulan müsəlman ölkələrin vətəndaşlarının müvəqqəti olaraq ABŞ-da qalması ilə bağlı qərar imzalayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın İraq, İran, Suriya, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarının ölkəyə girişini qadağan edən fərmanı imzalamasından sonra Nyu-Yorkda Con F.Kennedi Aeroportunda iki İraq vətəndaşı saxlanılmışdı.

Amerika Mülki Azadlıqlar Birliyinin vəkilləri saxlanılan İraq vətəndaşlarının sərbəst buraxılması, Trampın qaçqınların və bəzi müsəlman ölkələrin vətəndaşlarının birləşmiş ştatlara girişini məhdudlaşdıran qərarının dayandırılması üçün iddia qaldırmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.