DÜNYA


ABŞ-da fikri oxuyan kompyuter yaradılıb

Bakı, 23 avqust, AZƏRTAC

ABŞ alimləri fikri oxuya bilən kompyuter icad ediblər.

AZƏRTAC “DNI24” resursuna istinadən xəbər verir ki, Roçester Universitetinin nümayəndələrinin sözlərinə görə, kompyuter insanın nə demək istədiyini əvvəlcədən bilir.

Məlumata görə, sınaqları hələlik keçirilməyən kompyuter layihəsi üzərində iş davam etdirilir.

Professor Endryu Anderson bildirib ki, kəşf beyin fəaliyyətini müəyyən məna ilə bərabərləşdirdikdən sonra onun əsasında nəticələr təqdim edəcək. Kompyuter üzərində işin nə vaxt başa çatacağı barədə məlumat verməyən alim ixtiranın insult keçirən insanlar üçün faydalı ola biləcəyini əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.