DÜNYA


ABŞ-da həftəlik neft ehtiyatları 2,22 milyon barrel azalıb

A+ A

Bakı, 8 iyul, Nihad Budaqov, AZƏRTAC 

Ötən həftə ABŞ-da xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 0,4 faiz, yəni 2,22 milyon barrel azalaraq 524,4 milyon barrelə düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) açıqladığı məlumatda deyilir. Bazar proqnozları isə ehtiyatların 2,25 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə isə ABŞ-da neft ehtiyatları 4,05 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft anbarlarının ehtiyatı keçən həftə 695,1 milyon barrel olub. Həmin dövrdə ölkədə xam neft istehsalı əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 194 min barrel azalaraq 8,43 milyon barrel təşkil edib. Ölkənin xam neft idxalı isə ötən həftə əvvəlki həftəyə görə gündəlik orta hesabla 808 min barel artaraq 8,36 milyon barrel olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.