DÜNYA


ABŞ-da həftəlik neft ehtiyatları artıb

A+ A

Bakı, 10 avqust, Nihad Budaqov, AZƏRTAC

ABŞ-da həftəlik xam neft ehtiyatları 1,05 milyon barrel çoxalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədə ticarət xam neft ehtiyatları əvvəlki həftəyə görə 1,05 milyon barrel (0,2 faiz) artaraq 523,6 milyon barrelə çatıb. Bazar proqnozları isə ehtiyatların 1,02 milyon barrel azalacağı istiqamətində idi. Daha əvvəlki həftədə ABŞ-da xam neft ehtiyatları 1,41 milyon barrel artmışdı.

ABŞ-da strateji neft anbarlarının ehtiyatları isə dəyişməyərək ötən həftə 695,1 milyon barrel olub.

Keçən həftə ABŞ-da xam neft hasilatı əvvəlki həftəyə görə gündəlik orta hesabla 15 min barrel azalaraq 8,44 milyon barrelə enib. Ölkənin xam neft idxalı da ötən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 334 min barrel azalaraq 8,40 milyon barreli təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.