DÜNYA
ABŞ-da ilk dəfə olaraq polis əməkdaşı terrora dəstəkdə ittiham edilir
Bakı, 6 avqust, AZƏRTAC
ABŞ-da ilk dəfə olaraq bir polis əməkdaşı terrora dəstək göstərməkdə ittiham edilir.
Paytaxt Vaşinqtonda metroda polis məmuru işləyən 36 yaşlı Nikolas Yanqın İŞİD-ə maddi dəstək göstərməyə cəhd etdiyi bildirilib.
Federal İstintaq Bürosunun (FBI) nümayəndəsi Endryu Ames N.Yanqın terrora görə mühakimə ediləcək ilk polis məmuru olacağını qeyd edib.
İttiham edilən polis məmurunun vəkili Coşua Stueve isə müvəkkilinin metro sistemi üçün hər hansı təhdid yaratmadığını söyləyib.
FBI İŞİD-ə yardım etməyə çalışan Yanqın terror cinayətlərində ittiham edilən iki nəfər ilə yaxın əlaqədə olduğunu da bildirib. O, 2010-cu ildən bəri FBI tərəfindən izlənilib. 2011-ci ildə iki dəfə Liviyaya gedən Yanqın orada Müəmmər Qəddafini devirən üsyançılara qoşulduğu qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:42]
Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]