DÜNYA
ABŞ-da ilkin seçkilər: birinci praymerizin qalibi Berni Sanders və Con Keysik olub
Bakı, 9 fevral, AZƏRTAC
Ayova ştatındakı kokusun ardınca Nyu-Hempşir ştatında ilkin partiya seçkiləri (praymeriz) çərçivəsində birinci səsvermə keçirilib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, gecə yarısı Diksvill Noç qəsəbəsində 9 nəfərin iştirakı ilə keçirilən praymerizdə demokrat Berni Sanders 4 səs, respublikaçı Con Keysik 3 səs, daha bir respublikaçı Donald Tramp isə 2 səs qazanıb.
Bütün prosedur, səslərin hesablanması və nəticənin elan olunması cəmi 4 dəqiqə sürüb. Beləliklə, kiçik qəsəbə bir neçə dəqiqə bütün ölkənin diqqət mərkəzinə düşüb. Səsvermə aparıcı kanallar vasitəsilə canlı yayımlanıb.