DÜNYA


ABŞ-da “insan dişli” balıq tutulub

A+ A

Bakı, 18 avqust, Günel Məlikova, AZƏRTAC

ABŞ-ın Miçiqan ştatındakı Sent-Kler və Port-Qurone göllərində dişləri insan dişinə bənzəyən bir neçə ekzotik balıq tutulub.

AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, adi qarmaqla tutulan balıqların bir neçəsi mütəxəssislərə verilib. Bu canlıların dişləri piranya balığının dişini xatırlatsa da, diş ucları sivriləşmədiyi üçün insan dişinə bənzəyir. Alimlər əvvəllər belə bir balığa rast gəlmədiklərini bildiriblər. Təbii Sərvətlər Departamentinin apardığı tədqiqatlar nəticəsində bu canlının piranyaya bənzər “vegetarian” qırmızıdöş paku olduğu müəyyən edilib. Bu balıqlar yalnız bitki ilə qidalanır, güclü dişləri isə onlara qoz-fındıq üyütməkdə belə kömək edir. Doxsan santimetrə qədər böyüyən bu canlıların çəkiləri 25 kiloqramadək arta bilir.

Mütəxəssislər soyuq iqlim şəraitini nəzərə alaraq bu balıqların Miçiqan sularında yaşamasının mümkün olduğunu bildiriblər. Onların buraya yerli sakinlər tərəfindən gətirildiyi ehtimal olunur. Bildirilir ki, dünyanın nadir balıqlarını toplayan akvarium həvəskarları arasında pakuya böyük tələbat var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.