CƏMİYYƏT


ABŞ-da insan və heyvan hüceyrələrinin çarpazlaşdırılması təcrübəsi bərpa oluna bilər

A+ A

Bakı, 6 avqust, AZƏRTAC

ABŞ-ın Səhiyyə Nazirliyi insanın kök hüceyrələrinin heyvan embrionları ilə çarpazlaşdırılması təcrübələrinə icazə verilməsini təklif edib.

AZƏRTAC “REN TV”-yə istinadla xəbər verir ki, bu barədə Milli Sağlamlıq İnstitutunun saytında məlumat yerləşdirilib. ABŞ hökumətinin fikrincə, bu cür təcrübələr Parkinson və Altsheymer kimi neyrodegenerativ xəstəliklərin müalicəsi istiqamətində mühüm kəşflərlə nəticələnə bilər.

Qeyd edək ki, bu cür tədqiqatların aparılması 2015-ci ildə dayandırılıb, lakin indi ABŞ-ın Səhiyyə Nazirliyi öz mövqeyini dəyişmək qərarına gəlib. Təcrübələri bərpa etmək ideyası bir ay ərzində müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.