CƏMİYYƏT


ABŞ-da insanların cavanlaşdırılmasına dair sınaqlara hazırlaşırlar

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

ABŞ-ın Monterey şəhərindəki (Kaliforniya ştatı) “Ambrosia” firmasının mütəxəssisləri qan plazmasının köməyi ilə insanların cavanlaşdırılmasına dair ilk sınaqlara hazırlaşırlar.

AZƏRTAC “Lenta.ru” saytına istinadla xəbər verir ki, siçanlar üzərində parabioz tədqiqatlarının nəticələrinə əsaslanan bu metod qoca və cavan heyvanların qan-damar sistemlərinin birləşdirilməsini nəzərdə tutur.

Şirkətin təsisçisi Cessi Karmazin yaşı 35-dən başlayan könüllülərə köçürülən gənclərə məxsus plazmanın cavanlaşdırıcı təsirini tədqiq etməyi planlaşdırır. Eksperimentdə ümumən 600 nəfər iştirak edəcək və bunun üçün 8 min dollar ödəyəcək. Donorların yaşı 25-dən çox olmamalıdır. Hər bir resipiyentə iki gün ərzində 1,5 litr plazma köçürüləcək. Prosedurdan əvvəl və ondan bir ay sonra könüllülərin qanı biokimyəvi dəyişikliklər sarıdan yoxlanılacaq. Təcrübə iştirakçıları qan bankından verilən plazma, laboratoriya analizləri, sığorta və bioetika komissiyasının təsdiqi xərclərini ödəməli olacaqlar.

Artıq bəzi ekspertlər eksperimenti tənqid ediblər. Onların sözlərinə görə, insanlar üzərində sınaqların uğurlu olacağına kliniki sübutlar yoxdur.

Cavan siçanların qanının qoca siçanların orqanizminə müsbət təsirinin öyrənildiyi 2014-cü il tədqiqatının müəllifi Toni Viss-Koreyin fikrincə, belə tədqiqatlar insanların etibarından sui-istifadədir və cəmiyyətdə lazımsız narahatlıq yaradır.

Qeyd edək ki, T.Viss-Korey Stenforddakı “Alkahest” şirkətinin təsisçisidir. O, gənclərə məxsus qan plazmasının Alsheymer xəstəsi olan 18 könüllüyə təsirinə dair bir sıra tədqiqatlar aparıb. Sınağın məqsədi xəstəliyin əlamətlərinin azaldılmasında metodun təhlükəsizliyini və səmərəliliyini dəyərləndirmək olub. Şirkət iştirakçıların xərclərini özü ödəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.