MƏDƏNİYYƏT


ABŞ-da keçirilən 14-cü Çikaqo Türk Mədəniyyəti Festivalı başa çatıb

A+ A

Bakı, 29 avqust, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarında bu il 14-cü dəfə təşkil olunan Çikaqo Türk Festivalı başa çatıb. Çikaqonun məşhur “Daley” meydanında keçirilən festivalda türk əl sənətkarlığı, mədəniyyəti, musiqisi, incəsənəti və mətbəxinə aid nümunələr sərgilənib.

Çikaqo və ətrafda yaşayan Türkiyə vətəndaşları ilə yanaşı, Azərbaycan və amerikalıların böyük maraq göstərdiyi festivalda minlərlə insan iştirak edib.

Dörd gün davam edən festivalda İzmir Təkmilləşmə İnstitutunun hazırladığı və festivalda açıq havada nümayiş olunan qiyafələr də iştirakçıların böyük marağına səbəb olub. Festivalda Türkiyəni təmsil edən “Anadoludan əsintilər” xalq rəqsi ansamblı və “Lama Jamal” musiqi qrupu da hər gün səhnəyə çıxıb. Festivalda, həmçinin türk musiqilərindən ibarət konsert proqramları təşkil edilməklə yanaşı, xalq oyunlarından ibarət bir sıra şou kompozisiyalar da nümayiş olunub.

Festivalın təşkil olunmasında məqsəd Türkiyə mədəniyyətini tanıtmaq, təbliğ etməkdən ibarətdir.

Türk festivalında çarıq ustası Hüseyn Qopar, oyma sənətkarı Mustafa Toprakkale, ebru sənətkarı Sevim Sürücü, mis ustası Həsən Var, ənənəvi keçə ustası və rəssam Mükerrem Turxan, rəssamlar Dərin Baratka və Tan Taşpolatoğlu da əsərlərini nümayiş etdirib və maraqlananlara iş texnikalarını başa salıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.