CƏMİYYƏT


ABŞ-da keçirilən festivalda azərbaycanlı tələbələr ölkəmizi təmsil ediblər

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycanlı tələbələr ABŞ-ın Texas ştatında keçirilən “Brazos Vallery World” festivalında iştirak ediblər.

Texas A&M Universitetinin (TAMU) Azərbaycan Tələbələr Assosiasiyasından AZƏRTAC-a bildiriblər ki, hər il ənənəvi olaraq keçirilən festival bu ştatda yaşayan xalqların milli-mədəni irsini qorumaq və təbliğ etmək məqsədi daşıyır.

Yüzlərlə tələbənin qatıldığı sərgidə Azərbaycanı bu assosiasiyanın sədri Nural Muradov və təşkilatın üzvləri təmsil ediblər.

Tələbələr tərəfindən Azərbaycanın gözəl guşələrini əks etdirən şəkillər, milli geyimlər, broşürlər nümayiş olunub. Qonaqlara Azərbaycanın mədəni-tarixi abidələri, musiqisi və zəngin mətbəxi haqqında geniş məlumat verilib.

Azərbaycanlı tələbələrin stendi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.