DÜNYA


ABŞ-da kiçik biznes üçün vergi islahatı hazırlanır

Bakı, 9 avqust, AZƏRTAC

ABŞ Konqresinin vergi siyasəti üzrə alt komitəsi kiçik biznes üçün vergi islahatlarını nəzərdən keçirməyə başlayıb.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, qanunverici orqanlar ilə vergiödəyiciləri arasında daha sıx qarşılıqlı əlaqələrin yaradılması üçün biznes nümayəndələri ilə məsləhətləşmələr aparılıb, vergi dərəcələrinin azaldılması, Vergi Məcəlləsinin sadələşdirilməsi və vergi qanunvericiliyinin sabitləşdirilməsi kimi təkliflər irəli sürülüb.

Biznes təmsilçiləri qeyd ediblər ki, vergi dərəcələrinin aşağı salınması onların fəaliyyətinə daha çox investisiya qoyulmasına şərait yarada, bu da yeni iş yerlərinin açılmasına təkan verə bilər.

Vergi islahatlarının əleyhinə çıxış edənlərin sözlərinə görə isə vergilərin azaldılması yalnız iri müəssisələrin təmsilçilərinə real mənfəət gətirəcək və bundan öz gəlirlərini gizlətmək üçün offşor zonalara meyillənən şirkətlərin yüksək vəzifəli rəhbərləri sui-istifadə edəcəklər.

Bundan əvvəl isə mətbuatda yer alan məlumatda bildirilir ki, ABŞ-ın yüksək gəlirli vergi rezidentləri səbirsizliklə korporativ vergi dərəcəsinin 15 faizə endirilməsini gözləyirlər. Bu addımın atılması onlar üçün daha az gəlir vergisi ödəməyə şərait yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.