İQTİSADİYYAT


ABŞ-da neft hasilatı azalıb

Bakı, 18 may, Nihad Budaqov, AZƏRTAC

ABŞ-da xam neft hasilatı ötən hesabat həftəsində gündəlik 9 min barrel azalıb. Bu o deməkdir ki, ölkədə neft hasilatı ardıcıl 12 həftə artımdan sonra ötən həftə ilk dəfə azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ölkədə neft istehsalı ötən həftə sutkada 9 min barrel (0,4 faiz) azalaraq 9,3 milyon barrel olub.

ABŞ-da kommersiya xam neft ehtiyatları 1,8 milyon barrel və ya 0,3 faiz azalaraq 520,8 milyon barrel olub. Ölkədə benzin ehtiyatları da qeyd edilən dövr ərzində 0,4 milyon barrel və ya 0,2 faiz azalaraq 240,7 milyon barrel təşkil edib. Ölkənin neft idxalı 970 min barrel artaraq 8,59 milyon barrel olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.