DÜNYA


ABŞ-da prezident seçkiləri: Hillari Klinton beş ştatda liderlik edir

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

ABŞ prezidenti postuna demokratların namizədi Hillari Klinton vaxtından əvvəl səsvermənin nəticələrinə görə, Kolorado, Florida, Ohayo, Nevada və Viskonsin ştatlarında liderlik edir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, respublikaçı namizəd Donald Tramp Pensilvaniya ştatında üstünlük qazanıb.

Slate potalının məlumatına əsasən, Floridada 1,78 milyon nəfərə yaxın seçici Klintona, 1,67 milyon seçici isə Trampa səs verib. Ohayoda sabiq dövlət katibi hələlik 53 min səslə irəlidədir, Nevadada isə milyarderi təxminən 33 min səslə qabaqlayır.

Bununla yanaşı, Pensilvaniyada vaxtından əvvəl səs verənlərin təxminən 99 min nəfəri Donald Trampı dəstəkləyib. Klinton isə bu ştatda 85 min səs yığıb.

ABŞ-da vaxtından əvvəl səs verən seçicilərin sayında rekord müəyyənləşib. NBC telekanalının məlumatına görə, vaxtından əvvəl səsvermədə 46,3 milyon amerikalı iştirak edib. “Politico” qəzeti xəbər verir ki, budəfəki seçkilərdə qeydə alınan seçicilərin sayı ilk dəfə olaraq 200 milyon nəfəri ötüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.