DÜNYA


ABŞ-da qasırğa ilə əlaqədar 2 min 500 aviareys təxirə salınıb

A+ A

Bakı, 6 oktyabr, Elvin Camalov, AZƏRTAC

ABŞ-da “Metyu” qasırğası ilə əlaqədar 2 min 500 aviareys təxirə salınıb.

AZƏRTAC “news.usa.bplaced.net” sayta istinadla xəbər verir ki, qaydaya əsasən hava limanları küləyin sürəti saatda 50 kilometrə çatdığı halda uçuş-enmə zolağı bağlanır. Meteoroloji proqnozlara əsasən, Florida ştatında qasırğa ilə əlaqədar küləyin sürəti 3 dəfə artacaq. Bununla əlaqədar şirkətlər uçuşları dayandırıb. Təyyarələr artıq təhlükəsiz regionlara daşınıb. Lakin heyət sutkalıq iş rejimində işləyəcək.

Məhdudiyyət oktyabrın 8-dək qüvvədə qalacaq.

Həmçinin yaxınlaşmaqda olan qasırğa ilə əlaqədar Florida ştatının rəhbərliyi əhalinin nisbətən təhlükəsiz yerlərə evakuasiya edildiyini açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.