DÜNYA


ABŞ-da qasırğa qurbanlarının sayı 27 nəfərə yüksəlib

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

ABC News telekanalının yaydığı məlumata görə, ABŞ-da “Metyu” qasırğası qurbanlarının say 27 nəfərə yüksəlib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Şimali Karolina ştatında 11 nəfər, Floridada 8 nəfər, Corciyada 4 nəfər, Cənubi Karolinada 3 nəfər, Virciniyada isə 1 nəfər həlak olub. Təxminən 1,3 milyon nəfər işıqsız qalıb.

ABŞ Qasırğaların Proqnozlaşdırılması Milli Mərkəzinin məlumatına görə, Karib hövzəsi ölkələrini əhatə edən dağıdıcı qasırğa artıq tropik siklon səviyyəsinədək zəifləyib.

Xatırladaq ki, “Metyu” Atlantik okeanında 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğadır. Qasırğa keçdiyi ölkələrdə ciddi dağıntılar törədib və onun ən böyük zərbəsi Haitiyə dəyib. Bu ölkədə təbii fəlakət qurbanlarının sayı min nəfərə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.