DÜNYA


ABŞ-da qumar oyunlarının qanuniləşdirilməsi vergi yığımını artırıb

Bakı, 4 avqust, AZƏRTAC 

ABŞ-ın Miçiqan ştatındakı Detroyt şəhərində fəaliyyət göstərən 3 kazino qumar oyunlarının leqallaşdırılmasından keçən 20 il ərzində xəzinəyə 4,5 milyard dollar vəsait köçürüb.

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, qumar oyunları və gəlirlər haqqında qanunun qüvvəyə minməsinin 20 illiyi münasibətilə hökumət bu rəqəmi ictimaiyyətə açıqlayıb.

Göstərilən rəqəmin 1,9 milyard dolları ştat miqyasında dövlət təhsil təşəbbüslərinə yönəldilib, qalan 2,6 milyard dollar isə Detroyt şəhərinin xəzinəsinə köçürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.