DÜNYA
ABŞ-da sanitar-nəqliyyat təyyarəsi qəzaya uğrayıb
Bakı, 19 noyabr, AZƏRTAC
ABŞ-ın Nevada ştatında sanitar-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində bir neçə nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, Fox13 telekanalının məlumatına görə, insident noyabrın 18-də yerli vaxtla saat 20:30-da baş verib. Ürək xəstəliyindən əziyyət çəkən pasiyenti qonşu Yuta ştatına aparmalı olan “Piper PA 31” təyyarəsi havaya qalxdıqdan az sonra yerli aeroportun yaxınlığında avtomobil dayanacağına düşüb.
Yerli hökumətin məlumatına əsasən, təyyarənin göyərtəsindəki 4 nəfər, o cümlədən iki ekipaj üzvü, tibb bacısı və pasiyent həlak olub. Hadisə nəticəsində dayanacaqdakı bir neçə avtomobil yararsız hala düşsə də, yerdə heç kimin xəsarət almadığı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]