Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ABŞ-da seçkilər: paradokslar və sistem nöqsanları fonunda

ABŞ-da seçkilər: paradokslar və sistem nöqsanları fonunda

Amerika cəmiyyəti prezident seçkisi marafonundan əməlli-başlı silkələnir. Cəmi iki namizədin mübarizə aparmasına baxmayaraq, ortaya o qədər utandırıcı məqamlar çıxıb ki, hətta ölkənin imici şübhə altına alınıb. Əsasən respublikaçı Donald Trampla bağlı əcaib faktlar açıqlanır. Bunun fonunda isə Hillari Klinton tərəfdarları bəzi hallarda seçicilərə qəribə və əxlaqsız təkliflər edirlər. Belə təəssürat yaranır ki, Amerikada seçki təbliğatı çox qüsurlu gedir. Mütəxəssislər, eyni zamanda, ölkə qanunvericiliyindəki nöqsanlara da diqqət yönəldirlər. Onlar həmin çatışmazlıqların əsrlərdir mövcud olduğunu, heç kimin də onları yeniləşdirmək istəmədiyini vurğulayırlar. Lakin rəsmi Vaşinqton başqa dövlətlərə seçki ilə bağlı iradlar tutur, onları sanksiyalarla hədələyir. Bu paradoksal vəziyyət ABŞ-ın özünün imicinə ciddi zərbə vurur. Artıq ona etibar itib. Bütün bu reallıqların fonunda builki seçki demokratiya aspektində kifayət qədər ziddiyyətli təsir bağışlayır.

Səsvermə hüququ: Amerika təzadları

Dünyanın ən qüdrətli demokratiya ölkəsi sayılan ABŞ-da seçki günü yaxınlaşdıqca, meydana çoxlu sayda müəmmalı suallar çıxır. Seçki kampaniyasının aparılması qaydasından tutmuş namizədlərin mübarizə üsullarına qədər məsələlərin geniş dairəsinin demokratik prinsiplərlə uzlaşmadığı aydın olur. Başqa dövlətləri seçki məsələsində tənqid etməyə alışmış Amerikanın özündə prezident seçkisinin ciddi qüsurlarla müşayiət olunması ekspertlərə xeyli dərəcədə maraqlı görünür.

Mütəxəssislər, ümumiyyətlə, Amerikada seçki qanunvericiliyinin nöqsanlı olduğunu vurğulayırlar. Belə ki, elə hallar olur ki, xalqın daha çox səsini qazanmış namizəd deyil, məhdud sayda seçici kollegiyasının dəstəyini əldə edən qalib hesab olunur. Bu hal sonuncu dəfə Albert Qor-Corc Buş yarışmasında qeydə alınıb. O zaman Albert Qor xalqın səsini qazanıb, seçici kollegiyası və ABŞ qanunvericiliyi isə üstünlüyü ikinciyə verib. Bu, demokratiyanın kökündən pozulmasıdır. Hətta burada söhbət sifarişli seçkidən də gedə bilər. Belə ki, ölkə üzrə əhalinin səsinin çoxunu əldə edən adam hansısa “gizli əl”in onun yolunu seçki kollegiyasında kəsməyəcəyinə əmin deyildir. Görünür, bu kollegiya məsələsi də məhz həmin variant üçün “icad” edilib.

Baxın, normal demokratik cəmiyyətdə seçicinin rəyi əsas sayılmalıdır, çünki demokratiya termini elə məhz bunu ifadə edir. Ancaq buna rəğmən, əlavə olaraq bir komissiya da yaradılıb ki, daha “doğrusunu və ədalətlisini” o bilməlidir. Paradoksdur, deyilmi? Məhz bu kollegiyanın üstünlük verdiyi C.Buş Yaxın Şərqi qan çanağına döndərdi ki, indi də o bataqlıqda milyonlarla insan həyatını itirir. Deməli, Amerikada oliqarxların, gizli servislərin, silah tacirlərinin, mafioz qrupların, lobbi qruplarının marağının qorunmasına daha çox fikir verilir.

Məsələ bununla bitmir. Seçki qaydalarının özündə süni əngəllər yaradılıb. Deyək ki, ABŞ-da hər vətəndaş şəxsiyyət vəsiqəsi ala bilmir – bu, uzun sürən çətin bir prosesdir. Nəticədə, milyonlarla amerikalı bu sənədsiz yaşayır. Seçki qanununda isə şəxsiyyət vəsiqəsi olmayanların səs verməsinə icazə yoxdur. Belə çıxır ki, hər bir seçkidə ölkənin milyonlarla seçicisinin hüquqları pozulur. Təbii ki, onların əksəriyyəti qaradərililərdir. Belə çıxır ki, əhalinin müəyyən qismi həmişə seçkidən kənarda saxlanılır. Hansı səbəblərdən? Başqa ölkələrdə seçki saxtakarlığı axtaran Amerika ən böyük saxtakarlığı öz vətəndaşlarına qarşı etmirmi? Dərisinin rənginə görə hüququ tapdalanan insan özünü nə dərəcədə tamhüquqlu vətəndaş hesab edə bilər?

Belə ayrı-seçkiliyi Vaşinqton nəyə görə edir? Qorxur ki, fərqli siyasi baxışları olan adamlar ölkənin bütövlüyünə zərər verər? Onda bəs hansı əsasla ABŞ dünyanın müxtəlif regionlarında ölkələrə göstəriş verir, milli azlıqların hüquqlarından bəhs edir, “siyasi məhbus” uydurması həyata keçirir? Onun özündə şəxsiyyət vəsiqəsinə görə səsvermədən kənarda qalmış milyonlarla insan əsl siyasi məhbuslar deyilmi?

Qarayaxma kampaniyaları və sistem: ABŞ-a olan etibar azalır

Görünür, məhz bu kimi gizli niyyətlər əsasında Amerikada yalnız iki partiya – demokratlar və respublikaçılar prezident seçkisində yarışa bilir. Əslində isə ölkədə 28 partiya qeydiyyatdan keçib. Bu məhdudluq, rəsmi dairələrin nəzarət edə bildiyi sərhədləri müəyyənləşdirmək üçündürmü? Elə deyilsə, nəyə görə başqa partiyalar dövlət başçılığına namizədlərini sona qədər müdafiə edə bilmirlər? Əgər onların sosial bazaları yoxdursa, hansı məntiqlə uzun illərdir ki, partiya formasında qala bilirlər? Deməli, çoxpartiyalılıq ABŞ-da gözdən pərdə asmaq üçündür. Reallıqda asanlıqla nəzarətdə saxlana biləcək iki partiya fəaliyyətdədir ki, onlar da mövcud sistemi saxlamaqla hakimiyyəti növbə ilə bir-birilərinə ötürürlər. Ancaq, deyəsən, bu dəfə ardıcıllıq pozula bilər.

Məsələ burasındadır ki, Amerikada müəyyən dairələr “dəli” Donald Trampın prezident seçilməməsi üçün əlindən gələni edir. Birincisi, bu “dəli”nin necə olub ki, böyük dövlətin prezidenti olaraq namizədliyini sona qədər respublikaçılar dəstəkləyiblər? Yəni Amerikada adamın dəli olduğunu yalnız son məqamda bilirlər? İkincisi, yox, əgər o, dəli deyilsə, niyə onun seçki hüququnu məhdudlaşdırırlar? Bu cəmiyyət o dərəcədə mənəvi olaraq pozulub ki, məşhur müğənnilər D.Trampa səs verməmələri üçün seçicilərə ən əxlaqsız təklifləri belə edirlər. Məsələn, hamının tanıdığı Madonna!

Bundan başqa, Hillari Klintonun seçki tezislərini təbliğ etmək əvəzinə demokratlar cəbhəsindən D.Trampı daha çox qaralamaq kampaniyasına üstünlük verirlər. Açığı, elə respublikaçılar da həmin mövqedədirlər. Onlar da Klintonun həyatından daha çox danışırlar. Nəticədə, seçki kampaniyası namizədlərin bir-birini qaralama həngaməsinə çevrilib. Buyurun, məşhur “The Washington Post” qəzeti manşetə belə bir cümlə çıxarır: “Tramp nəinki donuzdur, hətta yırtıcıdır”!

Əcəba, Amerikada donuzlar, eşşəklər (demokratların rəmzi), fillər (respublikaçıların simvolu), yırtıcılar və sair heyvanlar dövlət başçılığına namizəd ola bilirlər? Özü də son məqama qədər həmin yerə iddialı olurlar? Burada çox qəribə bir gerçəklik var. Görünür, həm siyasi liderlikdə ölkədə bir kasadlıq vardır – normal insanlar sırasından prezident seçmək imkanı yoxdur, həm də cəmiyyətdə mənəvi mühit tamam korlanıb. Hətta KİV belə etiket qaydalarına əməl etmir. Baxın, bir müğənni televiziya ekranlarından milyonlarla insana əxlaqsız təkliflər edir, ona mane olmurlar, başqa halda qəzet prezidentliyə namizədi açıqca təhqir edir, ona da söz deyən yoxdur. Hamı D.Trampın qarşısını kəsməyə çalışır. Bunun üçün də bütün vasitələrdən istifadə edilir. Bütün bu iyrəncliklərin adını isə demokratiya qoyurlar.

Əsla belə deyildir. Bunlar rəsmi Vaşinqtonun xarici siyasətdə istifadə etdiyi metodlara bənzəyir. Onlar bütün vasitələrdən istifadə edib, kimlərisə qaralamağa, digər layiqsizləri isə başa çıxarmağa çalışırlar. Sözdə isə insan haqlarından, ədalətdən, demokratiyadan dəm vururlar.

İndi bütün dünya ABŞ-da gedən bu proseslərə baxır. Onlar görürlər ki, bu ölkə heç də demokratiyanın beşiyi deyil. Orada dövlətin başına keçmək istəyən qüvvələr bir-birinə qarşı ən yaramaz üsuldan belə istifadə edir, başqalarının həyatlarına müdaxilə etməkdən çəkinmirlər. Onların hətta ailələrini belə dağıdırlar. Təsəvvür edin ki, bir çox qanunsuz intim olaylarında adları hallanan D.Tramp, yaxud H.Klinton ABŞ-ın prezidenti olacaq. Hansı nümunə ilə? Onlara baxan gənc amerikalı hansı əxlaq sahibi ola bilər? Bu suallara cavab tapmaq çox çətindir.

Bunlar bir yana dursun, heç seçkinin müşahidə edilməsi məsələsində belə Amerika beynəlxalq qaydalara tam əməl etmir. Məsələn, ATƏT-in seçki müşahidəçilərini Texas ştatında seçki qutusuna yaxın buraxmamışdılar. Onlara xəbərdarlıq edilibmiş ki, 30 metrdən yaxına getsələr, cinayət işi açılacaq. Səbəbi isə çox sadə olub – “biz belə istəyirik, siz başqa cür fikirləşə bilərsiniz”!

Belə çıxır ki, məsələ Amerikada kimin prezident seçilməsində deyil. Bu ölkədə demokratiya qaydaları kobud surətdə pozulur. Hakimiyyət uğrunda mübarizədə istədikləri vasitələrdən yararlanırlar. Bir-birilərinə böhtan atırlar. Sübut etməyə çalışırlar ki, rəqib çox keyfiyyətsiz adamdır, hətta “heyvandır”. Ancaq birdən həmin “heyvan” dövlətin başına keçir. Onda seçici, görəsən, ona necə baxır – adam kimi, yoxsa...?

Başqa tərəfdən, belə görünür ki, ABŞ-da seçki qanunvericiliyində ciddi dəyişikliklərə ehtiyac yaranıb. Müasir dövrün tələblərinə zidd olan müddəalar çoxdur. Onların dəyişməsinə olan ehtiyacdan hər kəs danışır, lakin real addım atılmır.

Nəhayət, Amerika siyasi mühiti üçün daha vacib olan bir çatışmazlıq da özünü göstərməkdədir. Məsələ ondan ibarətdir ki, D.Tramp və H.Klintonun prezident olmaq üçün apardıqları mübarizə göstərir ki, ABŞ siyasi mühiti əsl lider yetişdirə bilmir. Meydanda olanlardan vətəndaşlar bezib. Onlar simaların dəyişməsini istəyirlər. Ancaq D.Trampın timsalında isteblişment sübut edir ki, məhdud dairədən kənarda olanlar “dəlidirlər”! Bu, cəmiyyətin tarixi paradoksu, tənəzzülün başlanğıcıdır!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomik festival açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub