DÜNYA


ABŞ-da silahlı insident: 8 ölü

Bakı, 27 may, AZƏRTAC

Bu günü ABŞ-ın Missisipi ştatında atışma nəticəsində 8 nəfər ölüb. Öldürülənlərdən biri yerli polis rəisinin müavinidir.

Anadolu agentliyinin məlumata görə, hadisə Linkoln dairəsində baş verib.

Missisipi istintaq bürosunun sözçüsü Uorren Strain açıqlamasında üç fərqli evə silahlı hücum edildiyini bildirib. Onun sözlərinə görə, Corby Godbolt adlı cinayətkar saxlanılıb.

Təcavüzkar tutduqdan sonra yerli mediaya verdiyi bəyanatda kədərli olduğunu və etdiklərindən sonra yaşamağı haqq etmədiyini deyib. Cinayətkar mərmisinin bitdiyini və canlı ələ keçiriləcəyini düşünmədiyini söyləyib.

Hazırda cinayətin motivi araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.