DÜNYA
ABŞ-da şist nefti istehsalı 45 faiz artacaq
Bakı, 23 avqust, Nihad Budaqov, AZƏRTAC
ABŞ-da şist nefti istehsalının 45 faiz artacağı proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ABŞ-ın şist nefti istehsalı 2015-ci ildəki gündəlik orta hesabla 4,89 milyon barreldən 2040-cı ildə 7,08 milyon barrelə yüksələcək. Bu da 45 faiz artım deməkdir.
Ölkənin şist nefti istehsalı 2017-ci ilədək gündəlik orta hesabla 700 min barrel azalacaq. Lakin istehsal xərclərinin aşağı düşməsi və qazma qurğularının müasirləşdirilməsi nəticəsində istehsalın miqdarındakı geriləmə nisbətən azalacaq.
ABŞ-ın Şimali Dakota ştatındakı “Bakken” yatağından əldə edilən şist nefti istehsalının 2040-cı ildə gündəlik orta hesabla 2,3 milyon barrelə çatacağı nəzərdə tutulur.