ABŞ-da sürət qatarının qəzaya uğraması nəticəsində üç sərnişinin həlak olduğu bildirilir
Bakı, 18 dekabr, AZƏRTAC
ABŞ-ın Vaşinqton ştatında sürət qatarının qəzaya uğraması nəticəsində ən azı 3 sərnişinin həlak olduğu bildirilir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, xəsarət alanların sayı 77-yə çatıb.
Amtrak kompaniyasının məlumatına görə, qəza baş verən zaman qatarda 78 sərnişin və 5 heyət üzvü olub. Saatda 130 kilometr sürətlə hərəkət edən qatar körpü üzərindəki relsdən çıxaraq avtomobil yoluna düşüb.
Hadisə ilə əlaqədar ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi İdarəsi təhqiqatlara başlayıb.