DÜNYA


ABŞ-da vergidən yayınmaya qarşı mübarizəyə start verilir

Bakı, 7 iyul, AZƏRTAC 

ABŞ hökuməti vergidən yayınmaq üçün müxtəlif metodlardan istifadə edən dairələrin, eləcə də bu məsələdə onlara yardım edən bankların müəyyənləşdirilməsi yönündə daha böyük səylər göstərməyi planlaşdırır.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, bu məqsədlə ölkə məmurları Panama sənədlərinin ictimaiyyətə açıqlanmasından sonra ortaya çıxmış məlumatların, həmçinin İsveçrə banklarından və digər məlumat mənbələrindən əldə edilmiş göstəricilərin dərin təhlilini aparmağı nəzərdə tutur.

Vergidən yayınmanın kökünün kəsilməsi üçün ABŞ-ın Ədliyyə Nazirliyi və vergi administrasiyası ölkə vətəndaşlarının İsveçrədən İsrail, Sinqapur və Honkonq kimi ölkələrə köçürülmüş hesablarına nəzarət edəcək.

ABŞ hökumətinin mövqeyinə görə, bir sıra hallarda offşorlardan istifadə etməklə vergidən yayınma metodlarının təhlil olunmasına ehtiyac var. Rəsmi dairələrdən bildirilib ki, bu məlumatları əlaqələndirmək, pulların axınını müşahidə etmək və hara getdiyini dəqiqləşdirmək zəruridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.