DÜNYA
ABŞ-da xam neft ehtiyatları azalıb
Bakı, 11 may, Nihad Budaqov, AZƏRTAC
ABŞ-da xam neft ehtiyatları ötən hesabat həftəsində 5,2 milyon barrel azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ölkədə xam neft ehtiyatları 0,1 faiz azalaraq 522,5 milyon barrel olub. ABŞ-ın strateji neft ehtiyatları da keçən həftə 0,6 milyon barrel azalaraq 688,8 milyon barrel təşkil edib.
Ölkədə xam neft istehsalı əvvəlki həftəyə görə gündəlik orta hesabla 21 min barrel artaraq 9,31 milyon barrelə yüksəlib. Beləliklə, ABŞ-ın xam neft istehsalı ardıcıl 12 həftədir ki artım göstərir. Xam neft idxalı isə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 644 min barrel azalaraq 7,62 milyon barrel olub.
ABŞ-ın həftəlik benzin ehtiyatları ötən həftə 0,2 milyon barel azalaraq 241,1 milyon barrelə düşüb.