DÜNYA


ABŞ-da xam neft ehtiyatları azalıb

Bakı, 16 iyun, Nihad Budaqov, AZƏRTAC

ABŞ-da xam neft ehtiyatları ötən həftə 1,7 milyon barrel azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ölkədə xam neft ehtiyatlarının ötən həftə 0,3 faiz azalaraq 511,5 milyon barrelə geriləyib. Bazar proqnozları isə ehtiyatların 2,7 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə isə xam neft ehtiyatları 3,3 milyon barrel artmışdı. Beləliklə də, ABŞ-da xam neft ehtiyatları son 10 həftənin 8-də azalıb.

ABŞ-ın strateji neft ehtiyatları da keçən həftə 0,4 milyon barrel (0,1 faiz) azalaraq 684,6 milyon barrel təşkil edib. Ölkədə benzin ehtiyatları isə sözügedən həftə 2,1 milyon barrel (0,9 faiz) artaraq 242,4 milyon barrelə çatıb. Bazar proqnozları benzin ehtiyatlarının 0,4 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,3 milyon barrel artmışdı.

Sözügedən dövrdə ABŞ-ın xam neft istehsalı əvvəlki həftəyə görə gündəlik orta hesabla 12 min barrel artaraq sutkada 9,33 milyon barrelə çatıb. Beləliklə də, ABŞ-ın xam neft hasilatı son 17 həftənin 15-də artım göstərib. Ölkənin xam neft idxalı hesabat həftəsində əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 316 min barrel azalaraq sutkada 8,02 milyon barrelə geriləyib. Xam neft ixracı isə gündəlik orta hesabla 165 min barrel artaraq sutkada 722 min barrelə çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.