DÜNYA


ABŞ-da yarım milyard dollar məbləğində cekpot udulub

A+ A

Bakı, 9 iyul, AZƏRTAC

İyulun 8-də ABŞ-ın lotereya tarixində 7-ci ən böyük cekpotu udulub.

AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, lotereyanın məbləğı 540 milyon dollar olub. “Mega Millions” lotereyasının təşkilatçıları uduş biletinin sahibinin İndiana ştatında yaşadığını, lakin onun kimliyinin hələ məlum olmadığını bildiriblər.

Uğurlu biletin sahibi 30 gün ərzində udduğu məbləğin hamısını nağd şəkildə götürsə, vergilər tutulduqdan sonra ona 380 milyon dollar ödəniləcək.

Xatırladaq ki, bu, 2016-cı ildə ABŞ-da udulan ən böyük 3-cü cekpotdur. Yanvarda və martda da Birləşmiş Ştatların tarixində ilk onluğa düşən 2 cekpot udulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.