DÜNYA
ABŞ-da yeni aviadaşıyıcı gəmi 12,9 milyard dollara başa gəlib
Bakı, 2 iyun, AZƏRTAC
ABŞ Hərbi Dəniz Qüvvələrinin sərəncamına dəyəri 12,9 milyard dollar həcmində qiymətləndirilən Gerald R. Ford adlı ən yeni aviadaşıyıcı gəmi verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Stars and Stripes portalı yayıb. Məlumatda bildirilir ki, aviadaşıyıcı istismara bilavasitə yalnız 2020-ci ildə hazır olacaq. Gələcəkdə bu tip azı iki aviadaşıyıcı tikmək planlaşdırılır.
Hərbi Dəniz Qüvvələrindən bildirirlər ki Gerald R. Ford bundan əvvəlki aviadaşıyıcı gəmilərə nisbətən bir sıra texnoloji üstünlüklərə malikdir. Belə ki, o, daha çox təyyarə daşıya bilir və bu zaman xidmət üçün daha az hərbçi tələb olunur.
Portal xatırladır ki, aviadaşıyıcının verilməsi bir neçə dəfə təxirə salınmışdı: bu, 2015-ci ilə planlaşdırılırdı və gəminin ilkin qiyməti 10,5 milyard dollar idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]