DÜNYA


ABŞ-dan Polşaya ilk dəfə LNG ixrac edilib

Bakı, 8 iyun, Nihad Budaqov, AZƏRTAC

Polşanın təbii qaz şirkəti olan “PGNIG” ABŞ-ın “Cheniere Energy” şirkəti vasitəsilə ABŞ-dan ilk dəfə mayeləşdirilmiş təbii qaz – LNG (liquefied natural gas) idxalını həyata keçirib.

AZƏRTAC xəbər verir ki, LNG-nin həcmi 90 milyon kubmetr olub. LNG “Cheniere Energy”nin Louisiana ştatında yerləşən “Sapına Pass” terminalından Polşanın Svinouystse şəhərində yerləşən Lex Kaczyski LNG terminalına çatdırılıb. İki şirkət təbii qaz tədarükü üzrə müqaviləni bu il aprelin 26-da imzalayıb.

Şirkət ABŞ-dan digər LNG ixracının iyul ayında olacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.