DÜNYA


ABŞ demokratik müttəfiqi ilə sui-qəsdçi arasında çətin seçim qarşısındadır

A+ A

Berlin, 11 avqust, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın hakimiyyət orqanlarına təklif edib ki, kimi dəstəkləyəcəyini müəyyən etsin. R.T.Ərdoğan avqustun 10-da Ankarada Prezident Sarayı qarşısında qanuni hakimiyyətin tərəfdarlarının mitinqində çıxışında deyib: “Birləşmiş Ştatlar gec-tez seçim etməli olacaq: ya Türkiyə, ya Gülən, ya su-qəsdçi terrorçular, ya da demokratik ölkə Türkiyə”. Onun çıxışı İstanbulda analoji mitinqin iştirakçıları üçün yayımlanıb.

Türkiyə Prezidenti ümid bəsləyir ki, Vaşinqton Fətullah Güləni Ankaraya təslim edəcək. Türkiyənin hakimiyyət orqanları onu baş tutmayan dövlət çevrilişinin başlıca təşkilatçısı sayırlar və bunun üçün yetərincə əsasları var.

Assoşieyted Press agentliyi R.T.Ərdoğanın bu sözlərini sitat gətirib: “Birləşmiş Ştatlar daha bu zalıma və şarlatana sığınacaq verə bilməyəcək və onu geri göndərəcək”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.