SİYASƏT


ABŞ dövlət katibi Novruz münasibətilə xalqlara təbrik ünvanlayıb

Bakı, 21 mart, AZƏRTAC

ABŞ-ın dövlət katibi Reks Tillerson Novruz münasibətilə bu bayramı qeyd edən xalqlara təbrik ünvanlayıb.

AZƏRTAC ABŞ-ın Dövlət departamentinin saytına istinadla xəbər verir ki, dövlət katibi baharın gəlişi və yeni ilin rəmzi kimi bu qədim ənənəni qeyd edən bütün insanlara xoş və firavan Novruz arzu edib.

"Bütün dünyada milyonlarla insan, o cümlədən Əfqanıstanda, Azərbaycanda, Çində, Gürcüstanda, Hindistanda, İranda, İraqda, Qazaxıstanda, Qırğızıstanda, Pakistanda, Rusiyada, Suriyada, Tacikistanda, Türkiyədə, Türkmənistanda, Özbəkistanda yaşayan icmalar, Cənubi və Mərkəzi Asiya və Fars körfəzində çox sayda insanlar bu bayramı öz ailələri və dostları ilə birgə qeyd edirlər. Bu gün bir çox amerikalı bu bayrama qoşulur, ata-babalarından qalan ənənələri yeni nəsilə ötürür. Novruz yeni ilə ümid və nikbinliklə baxmaq zamanıdır. Biz səbirsizliklə bu yeni baharı birlikdə qeyd etməyi gözləyir və ümid edirik ki, bu Novruz hamıya sülh və firavanlıq gətirəcək", - deyə təbrikdə bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.